çərşənbə axşamı 25 noyabr 2025 - 15:35
Həzrət Zəhranın (s.ə) şəhadət gecəsi mərasimi İnqilab Liderinin iştirakı ilə keçirildi

Hövzə/ İmam Xomeyni (r) hüseyniyyəsində əzadarlığın dördüncü gecəsi ilə eyni vaxtda, bazarertəsi həzrət Zəhranın (s.ə) şəhadət gecəsi mərasimi İslam İnqilabının Liderinin və minlərlə Fatimə (s.ə) əzadarı ilə müxtəlif təbəqələrdən olan insanların iştirakı ilə keçirildi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, mərasimdə Höccətül-İslam vəl-müslimin Məsud Ali çıxış edərək cəmiyyətdə və onun hüdudlarından kənarda haqq cəbhəsinə təsir edən ictimai yaxşılıqlar və pisliklərin rolunu şərh edərək dedi: “Həzrət Zəhra (s.ə) öz əməl və sözləri ilə haqq cəbhəsinin ən böyük yaxşılığını, həzrət Əmirəl-möminin İmam Əliyə (ə.s) olan bağlılığı qoruyub saxlamış, həmçinin vəzifə və əxlaq baxımından ən böyük pisliyin, vilayət cəbhəsindən sapmanın qarşısını alaraq, əslində “haqq cəbhəsinin qoruyucusu” olmuşdur.

Həmçinin mərasimdə cənab Mahmud Kərimi həzrət Fatimə (s.ə) üçün mərsiyə və növhə oxudu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha